İran yeni gəmi əleyhinə raketini ABŞ aviadaşıyıcısının üzərinə buraxaraq sınaqdan çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Press TV" telekanalına mənbələr məlumat yayıb.

"Biz gəmi əleyhinə raketimizin sınağını ilk dəfə olaraq birbaşa Amerikanın hərbi gəmisi üzərində reallaşdırdıq", - deyə İranın təhlükəsizlik xidmətinin sözçüsü qeyd edib.

Bir qədər sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai sınaq faktını təsdiq edib və vurğulayıb ki, raket buraxılışı baş tutduqdan dərhal sonra aviadaşıyıcı test ərazisindən təcili olaraq uzaqlaşıb.