Kanadanın qərbində minlərlə insan meşə yanğınları səbəbindən təxliyə edilir
sizinxeber.az xəbər saytı

Kanadanın qərbində minlərlə insan meşə yanğınları səbəbindən təxliyə edilir


Böyükmiqyaslı meşə yanğınları Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətlərinin minlərlə sakinini təxliyəyə məcbur edib.

“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, Casper milli təbiət qoruğunun ərazisində yerləşən eyniadlı şəhərin 4,7 min sakinin təxliyəsi barədə göstəriş verilib. Bundan başqa, Britaniya Kolumbiyasında Vilyams gölü bölgəsində yaşayan vətəndaşlara evlərini tərk etmək əmri verilir.

Təxliyənin bir neçə qocalar evinə də toxunacağı dəqiqləşdirilir. Zərərçəkmişlər barədə məlumat verilmir.

Kanadanın qərbində baş verən yanğınlara güclü istilər və ildırım çaxması səbəb olub. Britaniya Kolumbiyası Ətraf Mühit Xidmətinin məlumatına görə, iyulun 21-də təkcə bu bölgədə 20 mindən çox ildırım çaxması qeydə alınıb.

Oxşar xəbərlər

Kanadada minlərlə sakin meşə yanğınları səbəbindən təxliyə edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alimlərdən Kanada və ABŞ-nin əraziləri, həmçinin əhalisi ilə bağlı qorxunc proqnoz [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Britaniya orduları Yəmənə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Türkiyə pilotsuz təyyarələrdən meşə yanğınları ilə mübarizədə istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər