Romada Papa Fransiskin ölümü səbəbindən bütün ictimai tədbirlər ləğv edilib
Roma şəhərində aprelin 21-i və 22-si üçün planlaşdırılan bütün ictimai tədbirlər Roma Papası Fransiskin ölümü ilə əlaqədar ləğv edilib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Roma meriyasının məlumatında bildirilib.
"Müqəddəs atanın vəfatı ilə bağlı hörmət və kədər əlaməti olaraq bu gün və sabah üçün planlaşdırılan bütün ictimai tədbirlər ləğv edilib", - məlumatda qeyd olunub.
Bildirilib ki, aprelin 21-də qeyd olunan Roma şəhərinin əsasının qoyulmasının ildönümünə həsr olunmuş tədbirlər ləğv edilib. Qeyd edək ki, Roma aprelin 21-də əsasının qoyulmasından 2778 il keçməsini qeyd edir. Adətən müxtəlif tədbirlər keçirilir, şəhərdə mərasimlər və kostyumlu yürüşlər təşkil olunur.
Matəm əlaməti olaraq Romada Kici hökumət sarayında bayraqlar endirilib.
Oxşar xəbərlər
Roma Papası xəstəlikdən sonra ilk dəfə Müqəddəs Pyotr meydanında görünüb
Romas Papası xəstəlikdən sonra ilk dəfə Müqəddəs Pyotr meydanında görünüb
Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib
Roma Papasının halı pisləşib
Vatikanda Roma Papasının vəziyyətinin yaxşılaşdığı bildirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
