Pakistan Baş nazirinin müavini Kabildə rəsmi səfərdədir
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında münasibətlərin son vaxtlar pisləşməsi fonunda “Taliban” liderləri ilə danışıqlar aparmaq üçün Əfqanıstana birgünlük səfərə gəlib.
“Sizinxeber.az” “Bloomberg”ə istinadən xəbər verir ki, səfər çərçivəsində “Taliban”ın yüksək rütbəli nümayəndələri, o cümlədən Baş nazir Məhəmməd Həsənlə görüşlər nəzərdə tutulub.
Bu, “Taliban” 2021-ci ildə hakimiyyətə gəldikdən sonra Pakistandan ilk belə yüksək səviyyəli səfərdir.
“Tərəflər siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələri, xüsusilə də Pakistandan əfqan qaçqınların deportasiyası məsələsini müzakirə edəcəklər”, - “Taliban” hökumətinin sözçüsü Həmdulla Fitrat “X” sosial şəbəkəsində yazıb.
Darın səfəri iki ölkə arasında Pakistanın “Taliban”ını pakistanlı yaraqlılara sığınacaq verməsi ilə bağlı ittihamları ilə bağlı yaranmış gərginlik fonunda baş verib.
Həmçinin Pakistan aprelin 30-na kimi qeyri-qanuni əfqanların ölkədən məcburi çıxarılması üzrə kampaniya aparır. “Taliban” əfqanları qovmaq qərarını tənqid edərək bunu “dəhşətli addım” adlandırıb.
Oxşar xəbərlər
Pakistan sərhədçiləri ilə Taliban döyüşçüləri arasında sərhəddə toqquşma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taliban nümayəndə heyəti məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan sərhədçiləri ilə Taliban döyüşçüləri arasında toqquşma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan-Əfqanıstan sərhədində atışma, ölənlər və yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












