Çin və Filippin mübahisəli ərazi ətrafında razılığa gəliblər
Çin və Filippin Cənubi Çin dənizindəki mübahisəli ərazi üzərində qarşıdurmaya son qoyacaq razılığa gəliblər.
"Report" bu barədə AP-yə istinadən xəbər verir.
Həlledici razılaşma Filippin və Çin diplomatları arasında Manilada keçirilən görüşdən sonra əldə edilib.
“Hər iki tərəf Cənubi Çin dənizində vəziyyətin gərginliyini azaltmaq və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etmək zərurətini anlayır və razılaşmanın Cənubi Çin dənizində hər iki tərəfin mövqelərinə zərər verməyəcəyinə ümid edir”, - Filippin Xarici İşlər Nazirliyindən bildiriblər.
İkinci Tomas Şolda onilliklər boyu davam edən ərazi qarşıdurması iyunun 17-də kritik həddə çatıb, toqquşma zamanı Filippin Hərbi Dəniz Qüvvələrinin bir neçə əməkdaşı yaralanıb.
ABŞ və onun müttəfiqləri, o cümlədən Yaponiya və Avstraliya Çinin sahildəki hərəkətlərini pisləyib və Cənubi Çin dənizində naviqasiya hüquq və azadlıqlarının aliliyinə hörmətlə yanaşmağa çağırıb.
Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, Filippin qoşunları xüsusilə Cənubi Çin dənizində silahlı hücuma məruz qalarsa, Asiyadakı müttəfiqi Filippini müdafiə etmək öhdəliyi var.
Oxşar xəbərlər
ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin ABŞ-dan onun hüquq və maraqlarına hörmət etməyi tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Quba mərhələsi start götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: ABŞ, İsrail, Qətər və Misir HƏMAS-ın təklifi fonunda məsləhətləşmələr aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













