ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
sizinxeber.az xəbər saytı

ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb


ABŞ və Filippin Cənubi Çin dənizində gərginliyin artması fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

“Balikatan 2024”ün sözçüsü Maykl Loqiko təlimlərlə bağlı deyib: “Silahlı Qüvvələrin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır. Gəlin bunu bəzəməyək. Öyrənməsək və hazırlaşmasaq, ölkəyə xələl gələcək".

Təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək. ABŞ-ın Filippində yerləşdirdiyi “SM-6” zenit-raket raketləri isə təlimdə istifadə edilməyəcək.

Təlim Filippinin şimalında, Tayvana 300 km-dən az məsafədə yerləşən Kaqayan və Batanes əyalətlərində keçiriləcək.

“Balikatan 2024” iştirakçıları həmçinin informasiya müharibəsi taktikası, dəniz təhlükəsizliyi və inteqrasiya olunmuş hava və raketdən müdafiə üzrə təcrübə keçəcəklər.

Mayın 10-dək davam edəcək təlimlərdə 11 minə yaxın amerikalı, 5 minə yaxın filippinli, o cümlədən Avstraliya və Fransa hərbçiləri iştirak edəcək. Asiya və Avropanın 14 ölkəsi onlara müşahidəçi qismində qoşulacaq.

Oxşar xəbərlər

ABŞ Yaxın Şərqdə raket əleyhinə müdafiə və HMM sistemlərini gücləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Cənubi Koreyanın hava qüvvələri birgə manevrlərə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO-nun hərbi-dəniz təlimləri Rumıniyada keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Ukraynada Fransa istehsallı zenit raket kompleksini məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Hərbi Dəniz Qüvvələri yeni dəniz qanadlı raketləri alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər