Blinken: ABŞ, İsrail, Qətər və Misir HƏMAS-ın təklifi fonunda məsləhətləşmələr aparır
ABŞ hakimiyyəti İsrail, Qətər və Misirlə məsləhətləşmələr aparır, Fələstinin radikal HƏMAS hərəkatının təklifi fonunda atəşkəs və girovların qaytarılması ehtimalı ilə bağlı qalan mübahisəli məsələləri həll etməyə çalışır.
"Report"un məlumatına görə, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Vyanaya səfərinin yekunları üzrə Avstriyanın xarici işlər naziri Aleksander Şallenberqlə birgə mətbuat konfransında çıxış edərkən deyib.
"Girovlarla bağlı məsələ, bəli, HƏMAS-dan daha əvvəl cavab verilmişdi. Mən bunun nədən ibarət olduğunu, əlbəttə, təfərrüatı ilə izah edə bilmərəm. Amma deyə bilərəm ki, biz qalan fikir ayrılıqlarını həll etmək və razılığa gəlmək üçün İsrail, Qətər və Misirlə fəal işləyirik”, - Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib.
"Hazırda məsləhətləşmələr aparırıq. Əminəm ki, onlar yaxın günlərdə də davam edəcək. İsrail bu məqsədlə danışıqlar aparmaq üçün qrup göndərib. Düşünürəm ki, bu, razılığa gəlmək, atəşkəsi təmin etmək, girovları geri qaytarmaq, humanitar yardımın çatdırılmasının həcmini daha da artırmaq mümkün və təcili olduğunu başa düşməyi əks etdirir. Biz buna sadiqik və buna nail olmaq üçün lazım olan qədər çalışacağıq", - Blinken deyib.
Oxşar xəbərlər
ABŞ BMT-nin Qəzza haqqında qətnaməsi ilə bağlı məsləhətləşmələr aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər XİN: İsrail atəşkəsə razıdır, HƏMAS da müsbət yanaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS liderləri üçün yeni plan hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antoni Blinken: "Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












