Qırğızıstanda yerli şuralara deputat seçkiləri başlayıb
sizinxeber.az xəbər saytı

Qırğızıstanda yerli şuralara deputat seçkiləri başlayıb


Qırğızıstanın 33 şəhər və 231 kəndində yerli şuralara deputat seçkiləri başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 08:00-də başlayan seçkilərdə səsvermə 20:00-dək (Bakı vaxtı ilə 06:00-18:00 - Qeyd) davam edəcək. Səsvermə prosesini Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Hindistan, Qazaxıstan, Moldova, Monqolustan, Türkiyə və Özbəkistanın Mərkəzi Seçki Komissiyalarından 54 beynəlxalq müşahidəçi izləyir.

Qırğızıstanda istisnasız olaraq bütün seçkilərdə, o cümlədən yerli şuraların deputatlarına seçkilərdə elektron seçki qutularından istifadə olunur ki, onlar onlayn səsvermə başa çatdıqdan sonra seçkilərin ilkin nəticələrini mərkəzi serverə göndərirlər.

Seçkilərdə 4928 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. Daxili işlər naziri Ulanbek Niyazbekovun sözlərinə görə, səsvermə günü asayişin qorunmasına 15 minə yaxın polis əməkdaşı cəlb edilib.

Oxşar xəbərlər

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
Gürcüstanda parlament seçkiləri başlayıb
Abşeron rayonunda parlament seçkilərində 4 mandat uğrunda 13 namizəd mübarizə aparır
Uruqvayda ümumi seçkilərdə səsvermə başa çatıb
Özbəkistanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle