KİV: Suriyada yaraqlılar silahlarını hökumət qüvvələrinə təhvil verməyə razılaşırlar
Suriyanın təhlükəsizlik qüvvələri Dəməşqdə keçid hökumətinə tabe olmayan qruplaşmaların qalası kimi fəaliyyət göstərən Dəra əyalətindəki dörd bölgəyə nəzarəti təmin edib.
“Sizinxeber.az” Suriya telekanalına istinadən xəbər verir ki, yerli qəbilələrin şeyxləri ilə əldə olunan razılaşma nəticəsində silahlılar Mseyfara, Sayda, Əl-Cizə və Əs-Səhva yaşayış məntəqələrində silahlarını hakimiyyət orqanlarına təhvil verməyə razılaşıblar.
Məlumata görə, təhlükəsizlik qüvvələri daha əvvəl bir sıra məhəllələrdə atışmaların baş verdiyi və komendant saatı tətbiq edilən Bosra əş-Şam şəhərində də (Dəməşqdən 110 km məsafədə) asayişi bərpa edib. Dəra qubernatoru Ənvər əl-Zubinin sözlərinə görə, toqquşmaların səbəbkarları hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
Oxşar xəbərlər
Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya hakimiyyəti Tartusda qarşıdurmalara görə komendant saatı tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəməşqdə komendant saatı tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın Latakiya əyalətində komendant saatı tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Suriyada toqquşmalarda 230-dan çox hərbçi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













