Makron: Avropa İttifaqı ABŞ-a cavab tədbirləri üzərində işləyəcək
Avropa İttifaqı (Aİ) ABŞ-nin gömrük rüsumlarının tətbiqinin qismən dayandırılmasına baxmayaraq, cavab tədbirləri üzərində işləməyə davam edəcək.
“Report” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, tariflərin tətbiqinin 90 gün müddətinə dayandırılması danışıqlar üçün bir siqnal və açıq qapıdır, lakin bu fasilə kövrək olaraq qalır, çünki bu, bütün Avropa və ABŞ şirkətləri üçün qeyri-müəyyənlik dövrüdür. Avropanın məqsədi bu tariflərin ləğvi barədə razılığa gəlmək və ABŞ ilə balanslaşdırılmış sazişə nail olmaqdır.
"Avropa Komissiyası ilə birlikdə biz qətiyyət nümayiş etdirməliyik: Avropa bütün lazımi əks tədbirlər üzərində işləməyə, özünü qorumaq, o cümlədən bazarımızda tarazlığı pozan üçüncü ölkələrdən axının qarşısını almaq üçün bütün mövcud vasitələri səfərbər etməyə davam etməlidir", - E.Makron yazıb. O əlavə edib ki, Fransa buna hazırdır və Avropa da hazır olmalıdır.
Oxşar xəbərlər
Makron və Şolsdan Ukraynadakı cəbhəyə getmələri istənildi
Avropa İttifaqı ABŞ-yə qarşı əks tədbirlərin tətbiqini 90 gün müddətinə təxirə salıb
Makron: Rusiya bütün Avropa üçün təhdidə çevrilib
Makron ABŞ-yə qarşı cavab tədbirlərini istisna etməyib
Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












