İsrail qırıcıları “Hizbullah”ın silah anbarlarını bombalayıb
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Adlun bölgəsində “Hizbullah”ın silah anbarlarının yerləşdiyi əraziyə zərbələr endirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Janoubia xəbər portalı məlumat yayıb.
Qırıcılar silahlıların hərbi obyektlərinə beş raket atıb. Nəticədə, güclü yanğın baş verib. Sursatların partlaması isə səlahiyyətliləri təhlükəsizlik baxımından Sayda - Tir magistral yolunu iki saatlıq bağlamağa məcbur edib.
Yerli mülki müdafiə xidmətinin məlumatına görə, üç mülki şəxs qəlpələrdən yaralanıb və xəstəxanaya aparılıb. “Hizbullah”ın üzvləri arasında itkilərin olması barədə məlumat verilmir.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.
Oxşar xəbərlər
İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın obyektlərinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Hələb hava limanına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












