Finlandiya Ukraynaya 1,6 milyon avro ayırıb
sizinxeber.az xəbər saytı

Finlandiya Ukraynaya 1,6 milyon avro ayırıb


Finlandiya hakimiyyəti Ukraynanın vergi sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi proqramının həyata keçirilməsi üçün 1,6 milyon avro ayırıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc edilmiş açıqlamada bildirilib.

"Ukrayna Dövlət Vergi Xidmətinə (DVX) etimadın möhkəmləndirilməsi" layihəsi ölkənin daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib. Layihənin 2025-2028-ci illərdə həyata keçirilməsi üçün 1,6 milyon avro ayrılıb", - məlumatda qeyd olunub.

Finlandiyanın vergi orqanları və DVX layihəni birgə həyata keçirəcək. Bu layihə çərçivəsində Kiyev və onun Qərb tərəfdaşları səmərəli və şəffaf vergi sisteminin yaradılmasını, həmçinin Ukraynada özəl sektorun fəallığının artırılmasını hədəfləyib.

Oxşar xəbərlər

Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq
Danimarka Ukraynaya energetika sisteminin bərpası üçün 16 milyon avro ayırıb
Polşa Ukrayna üçün sursat alışına 50 milyon avro ayırıb
Finlandiya Ukraynaya 198 milyon avroluq hərbi yardım göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər