Qrenlandiyanın gələcək baş naziri: ABŞ-nin bəyanatları bizə hörmətsizlikdir
Qrenlandiyanın gələcək baş naziri Yens-Frederik Nilsen ABŞ administrasiyasının rəsmilərinin qrenlandiyalılara qarşı bəyanatlarını hörmətsizlik adlandırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
"Biz insanlarıq, kiminsə alına bilən mülkü deyilik. Əməkdaşlıqdan həmişə danışmaq olar, lakin ilhaqdan danışmaq qəbuledilməzdir, bu, hörmətsizlik əlamətidir", - Nilsen deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio qrenlandiyalıların Danimarkadan müstəqillik istəməsi barədə fikirlərini bölüşüb. O, ABŞ-nin müdaxilə etməyə və onlara assosiasiya təklif etməyə hazır olduğunu qeyd edib.
"O, haqlıdır ki, Qrenlandiya Danimarka olmaq istəmir, lakin o, səhv edir ki, Qrenlandiya sabah müstəqil olmaq istəyir. Amma Qrenlandiya da Amerika olmaq istəmir", - Nielsen Rubionun sözlərini şərh edib.
ABŞ Prezidenti Donald Tramp bu il Konqresə müraciətində Qrenlandiyaya ərazi iddialarından əl çəkmək fikrində olmadığını bildirib. O qeyd edib ki, xalq belə bir istək ifadə edərsə, ABŞ adanı öz ərazisinə qəbul etməyə razı olacaq.
Martda keçirilən yerli seçkilərdə qalib gələn Qrenlandiyanın Demokratlar partiyasının lideri Nilsen yaxın günlərdə Danimarkanın bu muxtar ərazisinin yeni baş naziri kimi and içəcək.
Oxşar xəbərlər
Qrenlandiyanın baş naziri Trampa sərt cavab verib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
KİV: Danimarka Tramp komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib
Qrenlandiya adasının satılmadığı Trampa xatırladılıb
Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
