KİV: Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
Banqkokda zəlzələsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 72 nəfər hələ də itkin düşmüş sayılır.
"Report" xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, paytaxtın şimal hissəsində, Çatuçak rayonunda Baş Auditor İdarəsinin 30 mərtəbəli binasının uçduğu yerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Son dörd gün ərzində dağıntılar altından 15 inşaatçının meyiti çıxarılıb.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ olub. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, onun maqnitudası 8,2 olub. Respublikada zəlzələ qurbanlarının sayı 2,7 min nəfəri ötüb.
Zəlzələ Tailandda da baş verib, güclü təkanlar Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub. Banqkok hakimiyyəti çərşənbə axşamı şəhərdə vəziyyət normallaşdığı üçün fövqəladə vəziyyəti ləğv edib.
Oxşar xəbərlər
Myanmada zəlzələdən sonra Tailandda 168 yeraltı təkan qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələdə ölənlərin sayı 22-yə çatıb, 72 nəfər axtarılır - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













