Banqkokda zəlzələdə ölənlərin sayı 22-yə çatıb, 72 nəfər axtarılır - YENİLƏNİB 2
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 22-yə çatıb, 72 nəfərin isə hələ də axtarışı davam edir.
Sizinxeber.az xəbər verir ki, bu haqda “Tayland PBS” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, son 4 gün ərzində dağıntılar altından 15 inşaat işçisinin cəsədi çıxarılıb.
Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tayland Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 olub. Respublikada zəlzələ qurbanlarının sayı 2,7 min nəfəri ötüb.
Zəlzələ Taylandda da baş verib, güclü təkanlar Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub.
Banqkok rəhbərliyi şəhərdə vəziyyət normallaşdığı üçün çərşənbə axşamı fövqəladə vəziyyəti ləğv edib.
***
30.03.2025
08:51
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 32 nəfər yaralanıb, 83 nəfər isə itkin düşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.
***
29.03.2025
15:48
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanıarının məlumatında bildiriıib.
Tailand paytaxtında 10 nəfərin yaralandığı, 118 nəfər isə itkin sayıldığı bildirilir.
Oxşar xəbərlər
Myanmada zəlzələdən sonra Tailandda 168 yeraltı təkan qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı isə 732-ə çatıb- YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı 732-ə çatıb- YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailandda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 694-ə, yaralıların sayı isə 1670-ə çatıb- YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













