Hindistan “Lukoil”un neft daşıyan tankerini limana buraxmayıb
Hindistan kifayət qədər sənəd olmadığı üçün Rusiyanın “Lukoil” şirkətinin Arktika neftini daşıyan köhnə tankerinin limana giriş tələbini rədd edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, “Lukoil” şirkətinin Murmansk limanındakı ehtiyatlarından yüz minlərlə ton “Varandey” xam nefti ilə yüklənmiş Tanzaniya bayrağı altında üzən “Andaman Skies” tankeri dövlətə məxsus “Indian Oil Corp” neft emalı zavodunu təchiz etmək üçün Vadinar limanına gəlib.
Lakin tankerin limana daxil olmasına icazə verilməyib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb hakimiyyəti Rusiya neftinin tədarükünə və neftin qiyməti müəyyən həddi keçdiyi halda onun nəqlinə embarqo tətbiq etməyə başlayıb. Qərb birbaşa sanksiyalar tətbiq etməkdən ehtiyat edib, çünki bu, neftin dünya qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər.
Rusiya buna cavab olaraq köhnə tankerlərdən istifadə edərək “kölgə donanması” yaradıb. Yanvarın əvvəlində ABŞ Rusiyaya qarşı böyük sanksiyalar paketi təqdim edib və ekspertlər bunu “son illərin ən sərti” adlandırıblar. Məhdudiyyətlər həm də yuxarıda adı çəkilən “kölgə donanmasının” işini pozmaq məqsədi daşıyıb.
Oxşar xəbərlər
ABŞ Rusiyanın neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Slovakiya NK: Kiyevin “LUKOIL”-a qarşı sanksiyaları ilk növbədə Aİ-yə ziyan vurur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyanın neft və metan daşıyan 79 tankerinə qarşı sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il “Tengiz” yatağından nəql olunan neftin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nefti 1% bahalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













