Fransa XİN: ABŞ-nin rüsum tətbiqinə cavab verməyə hazırıq
sizinxeber.az xəbər saytı

Fransa XİN: ABŞ-nin rüsum tətbiqinə cavab verməyə hazırıq


Avropa İttifaqı (Aİ) lazım gələrsə, ABŞ-nin ticarət rüsumlarının tətbiqinə cavab verməklə bağlı planda daha da irəli getməyə hazır olacaq, bura rəqəmsal xidmətlər və əqli mülkiyyətlə bağlı sanksiyalar da daxildir.

“Report” xəbər verir ki, bu barədə “TF1” telekanalının efirində Fransa Xarici İşlər Nazirliyinin yanında Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Addad bildirib.

"Əgər istəsək, başqa növ xidmətlərə münasibətdə daha da irəli getmək üçün vasitələrimiz var. Məsələn, rəqəmsal xidmətləri və əqli mülkiyyəti də ora daxil edə bilərik", - o bildirib.

Bununla yanaşı, o qeyd edib ki, hazırkı məqamda cavab "mütənasib" olacaq: "Yaxın həftələrdə biz yenidən cavab rüsumları tətbiq edəcəyik. Aİ öz maraqlarını qorumaq iqtidarındadır".

Oxşar xəbərlər

Çin maraqlarını qorumaq üçün ABŞ-yə qarşı cavab tədbirləri görəcək
Avropa İttifaqı ABŞ-nin təhdidlərini cavabsız qoymayacaq
Avropa Komissiyası: ABŞ-nin Aİ mallarına rüsum tətbiq etməsi qanunsuzdur
Şolts: Aİ Trampın rüsum tətbiqinə dərhal cavab verəcək
AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər