Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var
sizinxeber.az xəbər saytı

Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var


Nigeriyanın şimal-şərqində silahlıların hücumu nəticəsində azı 15 nəfər həlak olub.

"Sizinxeber.az" AFP-yə istinadən xəbər verir ki, bu barədə Çibok Rayon İnkişaf Assosiasiyasının rəhbəri Manasşe Allen bildirib.

Məlumata görə, silahlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər.

Şahidlərin sözlərinə görə, onlar bir neçə yük avtomobilində olub və Nigeriya ordusunun formasını geyiniblər.

Hücuma görə radikal qruplardan heç biri məsuliyyəti öz üzərinə götürməyib.

Oxşar xəbərlər

Mərkəzi Afrikada silahlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub
Nigeriyada silahlıların hücumları nəticəsində ölənlərin sayı 200-ə yaxınlaşıb
ABŞ-ın Suriyadakı bazalarına hücum edildi: itkilər var
Nigeriyada yaraqlıların hücumu nəticəsində ölənlərin sayı 100-ü ötüb
Xəstəxanaya hücum dəhşətli hadisədir - Putin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər