Fransa Ukraynaya 195 milyon avroluq hərbi yardım tədarük edəcək
sizinxeber.az xəbər saytı

Fransa Ukraynaya 195 milyon avroluq hərbi yardım tədarük edəcək


Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərlə 195 milyon avroluq hərbi yardım tədarük edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu "La Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə bildirib.

Nazir deyib ki, yeni tranşa 155 mm-lik artilleriya mərmiləri və AASM tipli idarə olunan aviabombalarla yüklənmiş Mirage-2000 təyyarələri daxildir.

Lekornu hərbi texnikaların istehsal sürətini artırmağı planlaşdırdıqlarını da açıqlayıb. Belə ki, gələn ildən etibarən "Dassault Aviation" ayda 4-5 "Rafale" təyyarəsi təhvil verəcək, bu da ötənilki ilə müqayisədə iki dəfə çoxdur. AASM aviabombalarının istehsal həcmi iki dəfə artacaq.

Oxşar xəbərlər

Fransa Ukraynaya “Mirage 2000” qırıcılarını tədarük edəcək
Fransa istehsalı "Mirage 2000" döyüş təyyarələrinin ilk partiyası Ukraynaya gətirilib
“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb
Finlandiya Ukraynaya 198 milyon avroluq hərbi yardım göstərəcək
Almaniya Ukraynaya 60 milyon avroluq hərbi yardım verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər