İsrailin şimalında “Hizbullah”ın hücumlarından sonra yanğın başlayıb
Livandan buraxılan mərmilər və dronların hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb. Yanğını söndürərkən İsrail Müdafiə Qüvvələrinin (İMQ) ehtiyatda olan altı əsgəri zərər çəkib.
Bu barədə “Sizinxeber.az” və , habelə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.
Ölkənin Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib ki, Kiryat Şmona şəhərində və Kfar-Giladi kibutsunda bir neçə ev yanıb. Bundan başqa, Livanla həmsərhəd Qalileya bölgəsində də alovlanma ocaqları qeydə alınıb. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.
“Hazırda İMQ Maddi-texniki Təminat Komandanlığının yanğınsöndürən taboru hadisə yerindədir, yanğınsöndürənlərə və xilasedicilərə köməklik göstərir. Biz yanğınları nəzarət altına ala bildik və indiki mərhələdə insanların həyatı üçün təhlükə yoxdur”, – İsrail ordusunun mətbuat xidməti açıqlayıb.
İMQ-in bildirdiyinə görə, ehtiyatda olan altı hərbçi yanğınları söndürərkən zərər çəkib. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Onların hamısına tibbi yardım göstərilmək üçün xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb
İsrail ordusu “Hizbullah”ın infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
İsrail Livanla sərhəd yaxınlığında vətəndaşların təxliyyəsinə başlayıb
Qəzzada İsrail ordusunun itkiləri 580 nəfəri ötüb
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












