sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya XİN: İsveçrə neytral statusunu itirib
Rusiya əleyhinə sanksiyalara qoşulan və Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə razılaşan İsveçrə neytral statusunu itirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.
Miroşnik qeyd edib ki, İsveçrə hakimiyyəti münaqişədə iştirak etdiyini göstərib və hansı tərəf olduğunu təsdiqləyib. Ona görə də İsveçrənin neytrallığı və qərəzsizliyindən danışmağa ehtiyac yoxdur.
Diplomat vurğulayıb ki, Bern Ukrayna ilə bağlı sammit keçirməklə öz öhdəliklərinə sadiq olduğunu nümayiş etdirib. Miroşnik sammiti “təbliğat şababaşı” adlandırıb və bunun münaqişənin həllinə gətirib çıxarmayacağını bildirib.
Oxşar xəbərlər
İsveçrənin Rusiyaya münasibəti dəyişib
Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb
"Ermənistan hakimiyyəti 10 noyabr bəyanatından imtina edir"
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













