ABŞ İran Prezidentinin xatirəsinə həsr olunacaq BMT Baş Assambleyasının iclasını boykot edəcək
sizinxeber.az xəbər saytı

ABŞ İran Prezidentinin xatirəsinə həsr olunacaq BMT Baş Assambleyasının iclasını boykot edəcək


Birləşmiş Ştatlar helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunacaq BMT Baş Assambleyasının (BA) cümə axşamı keçiriləcək iclasını boykot edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Biz bu tədbirdə iştirak etməyəcəyik”, – adının açıqlanmasını istəməyən amerikalı məmur açıqlayıb. O hesab edir ki, BMT “İran xalqını dəstəkləməlidir, onilliklər boyu iranlılara zülm edən birinin xatirəsini hörmətlə yad etməməlidir”.

Xatirə toplantısının mayın 30-da saat 10:00-da (Bakı vaxtı ilə 18:00) keçirilməsi nəzərdə tutulub. BA ənənəvi olaraq vəzifədə olarkən vəfat etmiş hökumət liderlərinin xatirəsini yad etmək üçün belə görüşlərdə toplanır.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter ölkəsinin Vərziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada ölkə prezidenti ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslər ölüb.

Oxşar xəbərlər

BMT Baş Assambleyasında Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçiriləcək
Helikopter qəzası: İran hökuməti hərəkətə keçdi
Rəisinin olduğu helikopter tapıldı?
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
Vladimir Putin İrana axtarışlara yardım üçün 50 xilasedicinin göndərilməsi barədə tapşırıq verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər