Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, saziş bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 2 dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılıb.