Xəstəxanaya yerləşdirilən Azərbaycanın Milli Qəhrəmanı 54 yaşlı Ehtiram Əliyevin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna "Yeni Klinika"dan cavab verilib.

Qeyd olunub ki, o, oktyabrın 18-də, saat 13:40-da "Yeni Klinika"nın Reanimasiya şöbəsinə yerləşdirilib.

"Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir", - deyə cavabda bildirilir.