Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən seçki və statistika tədbirlərinə 35 milyon 962 min 827 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki göstəricidən 3 milyon 112 min 242 manat və ya təxminən 9.5 faiz çoxdur.

Sizinxeber.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsinin müqayisəsindən məlum olur.

Cari ilin dövlət büdcəsində seçki və statistika tədbirlərinə 32 milyon 850 min 585 manat ayrılması nəzərdə tutulub.

2027-ci ilin büdcə layihəsinə əsasən, ümumi dövlət xidmətləri üzrə xərclərin 5 milyard 521 milyon 830 min 795 manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 5 milyard 517 milyon 989 min 377 manatlıq göstəricidən 3 milyon 841 min 418 manat çoxdur.