Trampın Konqresdəki çıxışını izləyənlərin 80%-ə qədəri bunu müsbət qiymətləndirib
sizinxeber.az xəbər saytı

Trampın Konqresdəki çıxışını izləyənlərin 80%-ə qədəri bunu müsbət qiymətləndirib


ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışını izləyən amerikalıların demək olar ki, 80%-i çıxışdan razı qalıb.

“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu, “CBS News” və “YouGov”un sorğusunda öz əksini tapıb.

Respondentlərin əksəriyyəti respublikayönümlü olub.

Sorğuda iştirak edənlərin 23 %-i ABŞ liderinin çıxışını mənfi qiymətləndirib.

Respondentlərdən Trampın çıxışının onlarda hansı hisslər oyatdığı soruşulub. 68 % ümid, 54 % qürur, 27 % narahatlıq, 16 % qəzəb hiss etdiyini bildirib.

Bundan başqa, araşdırmaya əsasən, izləyicilərin böyük əksəriyyəti Trampın miqrasiya və sərhədlərin mühafizəsi, eləcə də Ukrayna məsələsi ilə bağlı planlarını bəyəndiyini bildirib.

Sorğuda 1,2 minə yaxın insan iştirak edib.

Oxşar xəbərlər

Sorğu: ABŞ-də Trampın dövlət işlərində milyarderlərə arxalanması bəyənilmir
Demokrat Al Qrin Donald Trampın Konqresdəki çıxışını kəsməyə cəhd edib - VİDEO
Harris son sorğuda Trampı 3 faiz qabaqlayır
KİV: Amerikalıların əksəriyyəti Harrisin debatda Trampı məğlub etdiyini düşünür
Türkiyə Prezidenti: Trampın ölkəmizə səfər dəvətini qəbul edəcəyinə ümid edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər