Santorinidə zəlzələ zamanı təcili təxliyə üçün liman inşa ediləcək
Yunanıstanın Santorini adasında güclü zəlzələ zamanı insanların təhlükəsiz təxliyəsi üçün xüsusi liman yaradılacaq.
Bu barədə “Report” "Reuters"ə istinadən məlumat verib.
Santorinidə yanvarın sonundan bəri on minlərlə zəif zəlzələ qeydə alınıb, nəticədə minlərlə insan evlərini tərk etməyə məcbur olub, hakimiyyət tikintini qadağan edib, məktəbləri və yaxınlıqdakı adaları bağlayıb.
Ciddi dağıntılar barədə məlumat daxil olmasa da, alimlər daha güclü təkanların olmasını istisna etmirlər.
Mülki müdafiə naziri Vasilis Kikilias bildirib ki, Yunanıstan hakimiyyəti yeni liman infrastrukturunun tikintisi başa çatanadək sərnişin bərələrini təhlükəsiz qəbul edə biləcək təxliyə limanı inşa etməyi planlaşdırır.
"Hazırda Santorində inşa edilən yeni limanla yanaşı, adanın həmin hissəsində fövqəladə vəziyyət zamanı sərnişin bərələrinin yan ala biləcəyi təxliyə limanının yaradılması barədə qərar qəbul edilib", - o qeyd edib.
Oxşar xəbərlər
Santorini adasında zəlzələdən sonra məktəblər bağlanıb
Yunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub
Yunanıstan sahillərində yenidən güclü zəlzələ qeydə alınıb
Filippin və Yeni Zelandiya sahillərində güclü zəlzələlər olub
Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
