ABŞ hərbi sənaye kompleksində islahatlar aparacaq
ABŞ administrasiyası hərbi-sənaye kompleksinə etibarlı investisiyaları təmin edən və hərbi-texniki əməkdaşlığa yardım göstərən islahatlar aparmağa hazırlaşır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Biz təkcə özümüz üçün deyil, həm də müttəfiqlərimiz qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün gəmi və sualtı qayıqların istehsalı üzrə potensialımızı əhəmiyyətli dərəcədə artırmalıyıq və bunu edəcəyik”, - Heqset bildirib.
Pentaqon rəhbəri vurğulaylb ki, ABŞ silah istehsalı və onun alıcılara ötürülməsi prosesində dərin islahatlar aparmalıdır ki, daha sürətli olsun.
Oxşar xəbərlər
Pentaqon rəhbəri NATO ölkələrini müdafiəyə daha çox xərcləməyə çağırıb
Heqset: ABŞ Ukraynaya hərbi yardımı həm azalda, həm də artıra bilər
Pentaqonun yeni rəhbəri müharibələrin qarşısını alacağına, onları aparmayacağına söz verib
Heqset Panama kanalında naviqasiya azadlığının təmini üçün güc tətbiqini istisna etməyib
AK islahatlar üçün Moldovaya daha 50 milyon avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













