Qrenoblda restoranda qumbara partlayışı nəticəsində 10-dan çox insan yaralanıb
sizinxeber.az xəbər saytı

Qrenoblda restoranda qumbara partlayışı nəticəsində 10-dan çox insan yaralanıb


Fransanın Qrenobl şəhərindəki bar-restoranda baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.

Məlumata görə, naməlum şəxs Olimpiya kəndində yerləşən bar-restorana qumbara atıb. Partlayış nəticəsində azı 12 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

Qeyd olunub ki, şübhəli şəxs Kalaşnikov avtomatı ilə silahlansa da, atəş səsləri eşidilməyib. Hüquq-mühafizə orqanları terror versiyasını istisna edərək hadisənin “şəxsi hesablaşma” ilə bağlı olduğunu açıqlayıb.

Dövlət prokuroru Fransua Ture de Kusi nəzərdən keçirilən versiyalardan birinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu bildirib.

Oxşar xəbərlər

Çexiyada restoranda partlayış olub, altı nəfər ölüb
Livandan açılan atəş nəticəsində İsraildə 10 nəfər yaralanıb
Ermənistanda zavodda partlayış nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb
İndoneziyada zavodda partlayış nəticəsində azı 13 nəfər ölüb, 38 nəfər yaralanıb
Moskvada yaşayış kompleksində baş verən hadisənin səbəbi bəlli olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər