Qazaxıstan ekstremizmlə məşğul olan əcnəbilərin ölkəyə girişini qadağan edib
Qazaxıstan parlamentinin aşağı palatasının deputatları plenar iclasda əhalinin miqrasiyası sahəsində dəyişikliklərlə bağlı yuxarı palatanın qanuna düzəlişləri ilə razılaşıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu dəyişikliklər ekstremist və terror fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur.
Qanunvericiliyə təklif olunan dəyişikliklər, həmçinin yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli bilinən əcnəbilərin ölkəyə girişinə və ölkə vətəndaşlığını almasına məhdudiyyətləri də nəzərdə tutur.
İkili vətəndaşlığın əldə edilməsinin qarşısını almaq üçün Qazaxıstan vətəndaşlığı verildikdən sonra xarici pasportdan istifadə halında ölkə vətəndaşlığından çıxarılma tətbiq ediləcək. Mövcud qanunvericilik isə yalnız xarici dövlətin vətəndaşlığının əldə edilməsi halında Qazaxıstan vətəndaşlığının itirilməsini nəzərdə tutur.
Parlament miqrasiya sahəsində qanunvericiliyə dəyişikliklər haqqında qanunu qəbul etdikdən sonra qanun imzalanması üçün Qazaxıstan Prezidentinə təqdim olunacaq.
Oxşar xəbərlər
Bu şəxslər üçün əmək miqrasiyası kvotası 5 il müddətinə ləğv olunur
İrəvan Putinin ölkəyə girişinə qadağa qoydu - Zatulin
Rusiya vətəndaşlığını almış şəxslərin DİQQƏTİNƏ: Sürücülük vəsiqəsi ilə bağlı problem yarana bilər
Tokayev regional fiber-optik rabitə xəttinin çəkilməsini təklif edib
Gələn il Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfəri edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













