Türkiyə XİN rəhbəri: Suriya üçün prioritet enerji təchizatının bərpasıdır
sizinxeber.az xəbər saytı

Türkiyə XİN rəhbəri: Suriya üçün prioritet enerji təchizatının bərpasıdır


Suriyanın yeni hakimiyyət orqanları üçün prioritet enerji sektorunun və hava nəqliyyatının bərpasıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə keçirdiyi mətbuat konfransında deyib.

"Mümkün qədər tez bir zamanda ciddi addımlar atmaq lazımdır. Suriya ilə bağlı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılması da vacibdir. Bundan əlavə, Suriyanın bütün ərazisində təhlükəsizliyin təmin edilməsi və ölkədə fəaliyyət göstərən bütün silahlı qrupların Milli Ordunun komandanlığı altında birləşməsi vacibdir, - Fidan bildirib.

Türkiyə xarici işlər naziri, həmçinin terrorla mübarizəni vacib proses adlandırıb.

"Biz bu prosesi yaxından izləyirik. Suriyada terrorun davam etməsinə dözmək niyyətində deyilik", - Fidan qonşu ölkənin şimalında fəaliyyət göstərən PKK qüvvələrinə işarə edib.

Oxşar xəbərlər

Hakan Fidan: Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir
Hakan Fidan: Suriyanın yeni hakimiyyəti məsuliyyətini anlayır
Hakan Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir
Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq
Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər