ABŞ Qırmızı dənizdə husilərə məxsus dörd pilotsuz gəmini vurub
sizinxeber.az xəbər saytı

ABŞ Qırmızı dənizdə husilərə məxsus dörd pilotsuz gəmini vurub


ABŞ hərbçiləri Qırmızı dənizdə husi üsyançılarına məxsus dörd pilotsuz gəmini vurub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsindəki səhifəsində bildirilir.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.

Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.

Oxşar xəbərlər

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib
ABŞ Yəməndə zenit-raket sistemini sıradan çıxarıb
Husilər Ədən körfəzində yük gəmisini vurub
Britaniya esminesi Qırmızı dənizdə husilərin PUA-sını vurub
ABŞ esminesi Qırmızı dəniz üzərində husilərin PUA-sını vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər