İsrailin müdafiə naziri: ABŞ ilə əməkdaşlığımız Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək
sizinxeber.az xəbər saytı

İsrailin müdafiə naziri: ABŞ ilə əməkdaşlığımız Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək


İsrail - ABŞ əməkdaşlığı Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats ABŞ-nin yeni müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqsetin vəzifəsinə başlaması münasibəti ilə “X” hesabındakı təbrikində yazıb.

O, ölkələr arasındakı tərəfdaşlığı yüksək qiymətləndirib: “ABŞ-İsrail müdafiə ittifaqını gücləndirməyə davam edəcəyik. Tərəfdaşlığımız sarsılmaz qüvvədir. Biz regionda sabitliyi pozmaq istəyənlərə qalib gələcəyik”.

Bundan başqa, İ.Kats həmkarına təbrik məktubu da ünvanlayıb. Məktubda xüsusilə İrana qarşı koordinasiyalı fəaliyyətə diqqət çəkilib: "İran və onun tərəfdaşları regional və qlobal sabitliyi təhdidi davam edir. Qarşıdakı aylar bizim üçün hərbi hazırlıq tələb edən çağırışlar və strateji məqsədlərimizə nail olmağa imkan verən fürsətlər vəd edir. Əminəm ki, biz birlikdə uğur qazana bilərik".

İ.Kats yeni vəzifəsində həmkarına uğurlar arzulayıb.

Oxşar xəbərlər

İsrail hərbçilərinə Suriya ilə bufer zonada nəzarəti təmin etmək əmri verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İsrailin Suriya ilə qarşıdurmada maraqlı olmadığını bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail MN İranda HƏMAS liderinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İsrail ordusuna husilərin strateji hədəflərinə hücum etməyi əmr edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin xarici işlər naziri İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər