BMT-nin Baş katibi İranla bağlı vəziyyətin kəskinləşməsindən narahatdır
sizinxeber.az xəbər saytı

BMT-nin Baş katibi İranla bağlı vəziyyətin kəskinləşməsindən narahatdır


BMT-nin Baş katibi Antonio Quterriş İran və onun nüvə proqramı ilə bağlı vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirib.

“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Ümid edirəm ki, İran nüvə silahına sahib olmaq istəmədiyini aydın şəkildə göstərməli olduğunu başa düşür", - Baş katib vurğulayıb.

Quterrişin fikrincə, bunun müqabilində Tehran dünya ölkələri ilə daha fəal ticarət etmək imkanı əldə etməlidir.

"Lakin vəziyyətin bu cür deyil, əksinə, eskalasiya, bütün regionu əhatə edə biləcək münaqişə istiqamətində inkişaf etməsi ehtimalı var", - o xəbərdarlıq edib.

Bu bəyanatlar ABŞ-nin yeni administrasiyasının İrana qarşı sərt mövqe tutmağı və fəal şəkildə sanksiyalar tətbiq etməyi planlaşdırması barədə KİV-in yaydığı məlumatlar fonunda səsləndirilib.

Oxşar xəbərlər

BMT baş katibi Livanda münaqişənin kəskinləşməsindən narahatdır
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək
Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
BMT-nin Baş katibi İran və Pakistana çağırış edib
Tramp İranla dost olmaq niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər