Gürcüstanda qadınlar üçün seçki kvotası ləğv edilib
sizinxeber.az xəbər saytı

Gürcüstanda qadınlar üçün seçki kvotası ləğv edilib


Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda parlament seçkilərində partiya siyahılarında olan qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, seçki məcəlləsində dəyişikliklərin lehinə 85, əleyhinə isə 22 deputat səs verib.

Qanunvericiliyin dəyişdirilməsi təşəbbüsü müxalif “Girçi” siyasi qrupu tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinin hazırkı maddəsinə görə, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin partiya siyahılarında deputatlığa namizədlərdən hər dördündən ən azı biri qadın olmalıdır. Təşəbbüskarların fikrincə, Gürcüstanda qadınlar siyasi karyeralarında heç bir maneə ilə üzləşmirlər və özləri ilə əlaqəli xüsusi kvota tələb etmirlər, üstəlik, qanunvericilikdə kvotanın olması ölkədə qadınların guya sıxışdırıldığını göstərir.

Qeyd edək ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılıb.

Oxşar xəbərlər

Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda qadın hüquqlarına dair bəyannamə qəbul olundu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə seçkilərə qatılacaq partiyaların sayı... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər