ABŞ Ticarət Nazirliyi Rusiya və Çin texnologiyaları olan avtomobillərin satışını qadağan edib
sizinxeber.az xəbər saytı

ABŞ Ticarət Nazirliyi Rusiya və Çin texnologiyaları olan avtomobillərin satışını qadağan edib


ABŞ Ticarət Nazirliyi Rusiya və ya Çin texnologiyalarından istifadə edilərək istehsal edilmiş internet bağlantılı minik avtomobillərinin idxalını və satışını qadağan edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

“Ticarət Nazirliyi ÇXR və Rusiyadan internetə qoşulan avtomobillər üçün aparat və proqram sistemlərinin, həmçinin internetə qoşulan hazır nəqliyyat vasitələrinin satışı və idxalını yasaqlayan yekun qərar dərc edib”, – bəyanatda deyilib.

Qeyd edək ki, Vaşinqton qadağanı ABŞ-də “avtomobil təchizat zəncirini” “kiber təhdidlərdən” qorumaq məqsədilə tətbiq edir. Qərar xüsusilə 2027-ci il model sıralarından başlayaraq “Bluetooth” və “WiFi” modullarına, peyk və mobil rabitəyə qoşulma texnologiyalarına və avtomatlaşdırılmış sürücülük sistemlərinə şamil edilir. Məhdudlaşdırıcı tədbirlərə həmçinin Rusiya və ya Çin iştirakı olan şirkətlər tərəfindən ölkədə istehsal edilmiş avtomobillərin Birləşmiş Ştatlar ərazisində satışının qadağan edilməsi də daxildir.

Oxşar xəbərlər

ABŞ avtomobillərdə Çinin proqramının istifadəsini qadağan etmək niyyətindədir
Ukrayna SEPAH-a və üç ölkədən onlarla hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib
ABŞ İran aviaşirkətinə qarşı sanksiyaları uzadıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər