Kaliforniyada yanğınlar nəticəsində dəyən zərər 250-275 milyard dollara çatıb
Kaliforniyada tüğyan edən yanğınlar nəticəsində dəyən zərər 250-275 milyard dollara çatıb.
“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, bu barədə “AccuWeather” hava proqnozu xidməti məlumat yayıb.
"AccuWeather” Cənubi Kaliforniyada küləyin təsiri ilə sürətlə yayılan yanğınların vurduğu ümumi zərər və iqtisadi itkilərin ilkin məbləğini 250-275 milyard dollara qədər artırıb", - məlumatda qeyd olunub.
Yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştatın tarixində ən böyük yanğınlar hesab edilir. Hakimiyyət orqanlarının məlumatına görə, yanğınların ümumi sahəsi 16 min hektarı keçib. Ən azı 24 nəfər həlak olub, məşhurların evləri də daxil olmaqla 12,3 mindən çox tikili məhv olub. Meteoroloqlar quru və küləkli hava şəraitinin yanğının sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.
Oxşar xəbərlər
Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatıb
JPMorgan: Kaliforniyada meşə yanğınlarında sığortaçıların itkiləri 20 milyard dollara çatır
ABŞ-də yanğınlardan dəyən zərər 150 milyard dollar təşkil edə bilər
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib
ABŞ-də meşə yanğınları nəticəsində iqtisadi zərər 250 milyard dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













