Bolqarıstan hökuməti istefa verib
Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətin istefa məktubunu parlament ofisinə təqdim edib.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikolay Denkovun istefası Xalq Assambleyasının ofisinə təqdim edilib”, - məlumatda deyilir.
Baş nazir bildirib ki, istefa mühüm mövzular üzrə danışıqlara dəvətdir, lakin hələlik hökumət öz işini davam etdirir. O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.
“Baş nazir vəzifəsindən istefamı təqdim edirəm, bəyanat parlamentə təqdim olunub, bu siyasi oyun deyil, bu, 6 iyun 2023-cü il tarixli bəyanata uyğun gələn mövqedir”.
Denkov ötən il iyunun 6-da baş nazir seçilib və razılaşmalara uyğun olaraq, martın 6-da hökumətin istefası barədə bəyanatı parlamentə təqdim etməlidir.
Bir sıra məcburi prosedurlardan sonra onun səlahiyyətləri baş nazirin müavini və xarici işlər naziri Mariya Qabrielə keçməlidir.
Oxşar xəbərlər
Bolqarıstanın baş naziri martın 6-da istefa verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sloveniyanın ədliyyə naziri istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Baş nazir kim olacaq? - Sabah iclasdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın iqtisadiyyat naziri istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hökuməti xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












