Yeni Baş nazir kim olacaq? - Sabah iclasdır
sizinxeber.az xəbər saytı

Yeni Baş nazir kim olacaq? - Sabah iclasdır


Milli Məclisdə Prezident İlham Əliyevin Baş nazirin təyinatı ilə bağlı təqdimatına baxılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, parlamentin sabahkı iclasında baş tutacaq.

Qeyd edək ki, ötən gün yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Oxşar xəbərlər

Nazirlər Kabineti bu gün istefa verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan hökuməti istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səsvermə başa çatdı - Sonra nə olacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən nazirlərlə bağlı mühüm - Sərəncam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər