KİV: Türkiyə Suriyaya 300 minlik ordu qurmağa kömək edəcək
Türkiyə Suriyanın yeni hakimiyyətinə 300 minlik nizami ordu yaratmaqda kömək edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman "Turkiye" qəzetinə bildirib.
"Məqsədimiz bir il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət bunu zəruri edir", - o bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və qısa müddətdə onların sayı 150-200 min nəfərə çatacaq.
"Yaradılacaq orduya İdlibdən "Həyat Təhrir əş-Şam" qruplaşmasının təxminən 40 min üzvü, "Suriya Xalq Ordusunun" 50 min əsgəri, həmçinin keçmiş prezident Bəşər Əsəd rejiminin cinayətlərinə qarışmayan hərbçilər və kəşfiyyat əməkdaşları daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir", - Ə.Osman qeyd edib.
Qəzetin yazdığına görə, türk hərbi kontingenti Suriya ərazisində beş əhəmiyyətli nöqtədə yerləşdiriləcək.
Oxşar xəbərlər
Əhməd əl-Şaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib
Rusiya XİN rəhbəri Türkiyə və Suriyanın dialoqun bərpasında ciddi maraqlı olduğunu bildirib
Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb
Ərdoğan: Türkiyə Suriyanın yeni hakimiyyət orqanları ilə sıx dialoq aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













