Trampın dövründə ABŞ-da rəsmi olaraq yalnız iki cins olacaq
sizinxeber.az xəbər saytı

Trampın dövründə ABŞ-da rəsmi olaraq yalnız iki cins olacaq


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, onun administrasiyası yalnız kişi və qadın cinslərinin olduğu gender siyasətini davam etdirəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu fikri Tramp Arizona ştatının Feniks şəhərində keçirilən “America Fest” konfransında səsləndirib.

“Tramp Administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti ondan ibarət olacaq ki, yalnız iki cins var: kişi və qadın. Bu qədər mürəkkəb səslənmir, elə deyilmi?”, - deyə o əlavə edib.

Biznesmen Vivek Ramasvami ilə birlikdə hökumətin səmərəliliyini artırmaq və bürokratiya ilə mübarizə aparmaq üçün Tramp administrasiyasında yeni departamentə rəhbərlik edəcək İlon Mask demokrat Cozef Baydenin hazırkı administrasiyasının gender siyasətini də tənqid edib.

Tramp həmçinin əlavə edib ki, vəzifəsinin ilk günündə o, hazırkı Amerika lideri Co Bayden tərəfindən enerji istehsalına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq.

Oxşar xəbərlər

Tramp bildirib ki, onun dövründə ABŞ-də rəsmi olaraq yalnız iki cins olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Baydeni tərəvəzlə müqayisə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Baydenin prezidentliyi dövründə ABŞ-da cinayət nəzarətdən çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden və Tramp noyabrın 13-də Vaşinqtonda görüşəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Si Szinpin Çinin Tramp administrasiyası ilə işləməyə hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər