Pentaqon: ABŞ-ni ən çox Çinin addımları narahat edir
ABŞ-nin Hərbi Hava və Kosmik Qüvvələri gələcəkdə diqqətlərini ilk növbədə Çinə, sonra isə Rusiyaya yönəltmək niyyətindədir.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin hərbi hava qüvvələri naziri Frenk Kendall deyib.
O qeyd edib ki, 2021-ci ildə hazırkı vəzifəsində işə başlayanda əvvəlcə rəhbərlikdən hansı potensial hərbi münaqişələrə diqqət yetirməli olduğunu soruşub.
“Cavab belə oldu: - Çin təcavüzü. Görünür, bu, bizi Rusiyanın mümkün təcavüzündən daha çox narahat edir", - nazir deyib.
Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri daha çox maliyyələşdirilməsə, Çinin dominantlığı an məsələsi olacaq.
Nazir vurğulayıb ki, Çin aqressiv və yenilikçi rəqibdir.
Qeyd edək ki, hərbi hava qüvvələri naziri birbaşa Pentaqonun rəhbərinə hesabat verir. Nazir ABŞ Silahlı Qüvvələrinin ona həvalə olunmuş iki qolunun - Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrin inkişafına nəzarət edir.
Oxşar xəbərlər
Pentaqon Yaponiyada yeni komandanlıq yaratmaq niyyətindədir
İsrail Livandan gələn hava hədəfini ələ keçirdiyini bildirib
İsrail Livandan gələn hava hədəfin ələ keçirdiyini bildirib
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın obyektlərinə hücum edib
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













