Böyük Britaniya Trans-Sakit okean Tərəfdaşlığının üzvü olub
Böyük Britaniya rəsmi olaraq indiyədək regionun 11 ölkəsinin daxil olduğu Trans-Sakit okean Tərəfdaşlığı (TST) iqtisadi birliyinin üzvü olub.
“Sizinxeber.az” Yaponiya ictimai televiziyasına (NHK) istinadən xəbər verir ki, müvafiq protokol dekabrın 15-də qüvvəyə minib.
Bu, TST üzv ölkələrində krallığın qarşılıqlı ticarət rüsumlarının azaldılması və ya ləğv edilməsi, malların, kapitalın və texnologiyaların hərəkət prosedurlarının asanlaşdırılması əsasında yaradılmış iqtisadi birliyə qoşulması ilə bağlı bütün zəruri prosedurların başa çatmasından sonra baş verib.
Yaponiya hökuməti (TST-də ən böyük iqtisadiyyat) birlik daxilində bu barədə şübhələr olsa da, Böyük Britaniyanın bu quruma qoşulmasını fəal şəkildə dəstəkləyib. Lakin London Malayziyadan palma yağı alışına rüsumların tam ləğvinə razılaşdıqdan və birliyin digər üzvlərinə bəzi ticarət güzəştlərinə getdikdən sonra bu şübhələr tamamilə aradan qalxıb.
Birləşmiş Krallıq TST formalaşdıqdan sonra ona qoşulan ilk ölkə və Asiya-Sakit okean regionundan kənar ilk üzvü olub.
Oxşar xəbərlər
London COP29 ərəfəsində təmiz texnologiyaların təşviqi üzrə Bakı ilə işləməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Sakit okeanda narkotik vasitələrin ticarətini azaltmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Arpana Pratap: COP29 kiçik ada ölkələri üçün əvəzsiz platformadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya, İtaliya və Yaponiya altıncı nəsil döyüş təyyarəsinin modelini təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
London və Yeni Dehli azad ticarət danışıqlarını bərpa edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












