ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb
ABŞ tezliklə Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.
“Biz yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyik və İran Rusiyaya ballistik raketlər satarsa, daha da irəli getməyə hazırıq”, – o qeyd edib.
Kirbi deyib ki, ABŞ-nin Tehranın Moskvaya ballistik raketlər verməsi ilə bağlı heç bir təsdiqi olmasa da, Vaşinqton bu mövzunu BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa hazırdır: “Biz öz tərəfimizdən bu məsələni BMT Təhlükəsizlik Şurasına müzakirəyə çıxaracağıq və İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.
Ağ ev nümayəndəsinin sözlərinə görə, “İran Rusiyaya pulsuz yardım etmir”:
“İranın dəstəyi müqabilində Rusiya Tehrana müdafiə sahəsində misli görünməmiş əməkdaşlıq təklif edir”.
“İran Rusiyadan milyardlarla dollar dəyərində hərbi texnika almaq istəyir”, – o vurğulayıb.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyaya məxsus dünyanın ən böyük almaz şirkətinə sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












