ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq
sizinxeber.az xəbər saytı

ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq


ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq.

"Sizinxeber.az" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostinlə türkiyəli həmkarı Yaşar Gülər telefon danışığı zamanı müzakirə aparıblar.

Tərəflər Suriyadakı vəziyyətin daha da gərginləşmənin qarşısının alınmasının vacibliyini, həmçinin ABŞ və tərəfdaşları üçün riskin olduğunu qeyd ediblər.

Ostin Birləşmiş Ştatların Suriyadakı müxtəlif qrupların bəyanatlarını və hərəkətlərini diqqətlə izlədiyini vurğulayıb.

Bildirilir ki, mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalı və beynəlxalq humanitar standartlara hörmətlə yanaşılmalıdır.

Ostin və Gülər ​​İŞİD-lə mübarizə üçün ABŞ-Türkiyə arasında sıx koordinasiya zəruri olduğunu bir daha təsdiqləyiblər.

Oxşar xəbərlər

Tükiyə və ABŞ müdafiə nazirləri Suriyadakı durumu müzakirə ediblər
ABŞ İsraili BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyə çağırıb
Xamneyinin müşaviri: ABŞ İŞİD-i Suriya və İraqda sabitliyi pozmaq üçün yaradıb
Ostin və Umerov telefonla NATO sammitinin nəticələrini müzakirə ediblər
Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər