Berbok: Berlin Pekinin Rusiyaya verdiyi dəstəyi görməzlikdən gələ bilməz
sizinxeber.az xəbər saytı

Berbok: Berlin Pekinin Rusiyaya verdiyi dəstəyi görməzlikdən gələ bilməz


Almaniya üçün Çinlə əməkdaşlıq qarşıdurmadan daha üstündür, lakin Berlin Pekinin Rusiyaya verdiyi dəstəyi görməzlikdən gələ bilməz.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Almaniyanın təhlükəsizliyi dünyanın digər regionlarının təhlükəsizliyi ilə sıx bağlıdır və fikir mübadiləsi və diplomatiya indiki zamanda, hətta fərqli fikirlərə malik olanlarla belə xüsusilə vacibdir.

Berbok, Avropa dəyərlərinin və maraqlarının qorunmasının vacibliyini vurğulayaraq, əməkdaşlığın qarşıdurmadan daha üstün olduğunu əlavə edib.

Nazir Çin və Rusiya arasında əməkdaşlığın Avropanın maraqlarına zidd olduğu fikrini də bildirib. Onun sözlərinə görə, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qlobal təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə Rusiyaya iqtisadi və hərbi yardım etməklə Avropanın əsas maraqlarına zidd hərəkət edir.

Almaniyalı nazir bu məsələni Pekində müzakirə etmək niyyətində olduğunu təsdiqləyib və vurğulayıb ki, ikitərəfli münasibətlərdə belə faktlara göz yummaq olmaz.

Oxşar xəbərlər

Annalena Berbok: Almaniya beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Annalena Berbok: Rusiya səfiri Almaniya XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Annalena Berbok: İqlim maliyyələşdirilməsi emissiyalar azaldılmadan işləmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya XİN rəhbəri: Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər