İsrail “Hizbullah” üçün silah aparan İran təyyarəsini geri qaytarıb
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İrandan gələn təyyarəni Suriya səmasında kursunu dəyişməyə məcbur edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times of Israel” nəşri məlumat yayıb.
Hadisə dekabrın 1-nə keçən gecə Suriya səmasında baş verib.
Belə ki, İsrail tərəfi İrandan uçan təyyarənin göyərtəsində Livanın “Hizbullah” təşkilatının birləşmələri üçün nəzərdə tutulmuş silahların olmasından şübhələnib.
Buna görə də İsrail qırıcıları Suriya səmasında uçan İran təyyarəsinə yaxınlaşaraq ona dönməyi əmr edib. Nəşr qeyd edib ki, təyyarənin heyəti tezliklə bu göstərişə əməl edib. Qeyd olunub ki, bu ilk hal deyil. Son aylarda həm Suriya səmasında, həm də qonşu İraqın hava məkanında oxşar hadisələr baş verib.
Oxşar xəbərlər
İsrail ordusu Suriya-Livan sərhədinə zərbələr endirib
İsrail “Hizbullah” anbarlarını Tir şəhərinə zərbələrin hədəfi adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
