Ekvadorda həbsxanada iğtişaşlar nəticəsində 15 nəfər ölüb
Ekvadorun Quayakil şəhərindəki həbsxanada məhbuslar arasında iğtişaş baş verib, nəticədə azı 15 nəfər ölüb, 14 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb.
“Bu gün (dünən-red) səhər “El Litoral” həbsxanasının xüsusi pavilyonunda məhbuslar arasında ciddi toqquşmalar baş verib. Nəticədə 15 nəfər ölüb, 14 nəfər yaralanıb”, - məlumatda deyilir.
KİV-in məlumatına görə, həbsxananın yaxınlığında yerləşən evlərin sakinləri partlayış və atışma səsləri eşidiblər.
“Penitensiar mərkəz hazırda tam nəzarət altındadır”, - xidmətdən bildirilib.
Qeyd edək ki, son illər Ekvadorda cinayətkarlığın kəskin artması müşahidə olunur. Keçən ilin iyul ayında səlahiyyətlilər eyni gündə baş verən bir neçə iğtişaşdan sonra ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan etmişdilər. Bu il yanvarın 9-da isə ölkə Prezidenti Daniel Noboa ölkədə daxili silahlı münaqişənin mövcudluğunun tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə dair göstəriş verib.
Oxşar xəbərlər
Ekvadorda mədən yaxınlığında qruplaşmaların toqquşmasında 5 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekvadorda avtobus aşıb, 9 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peruda həbsxanada baş vermiş yanğında azı 5 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstintaq Komitəsi: “Wildberries”in ofisində atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekvadorda pikapın dərəyə düşməsi nəticəsində 10 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












