İsrail XİN rəhbəri: Bütün girovlar azad edilsə belə, Qəzzada əməliyyatı dayandırmayacağıq
sizinxeber.az xəbər saytı

İsrail XİN rəhbəri: Bütün girovlar azad edilsə belə, Qəzzada əməliyyatı dayandırmayacağıq


HƏMAS-ın saxladığı bütün girovlar azad edilsə belə, İsrail Qəzzada əməliyyatı dayandırmaq niyyətində deyil.

“Sizinxeber.az” xəbər verir ki, bunu Almaniyanın “Bild” qəzetinə müsahibəsində İsrailin xarici işlər naziri İsrael Kats bildirib.

"Biz girovları azad etmək istərdik və bu, yalnız Qəzzada, Xan Yunisdə və HƏMAS-ın mövcud olduğu bütün digər yerlərdə hərbi təzyiqlə baş verəcək. Misir kimi digər ölkələr də HƏMAS-a təzyiqlərini davam etdirməlidir”, - İ.Kats deyib.

Nazir qeyd edib ki, HƏMAS həm hərbi, həm də siyasi cəhətdən məğlub olana qədər müharibə dayanmamalıdır.

Oxşar xəbərlər

HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər
Qəzzada əməliyyatı genişləndiririk - İsrail
Netanyahu: Müharibəni dayandırmaq olmaz
Qəzzada səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib
Qəzzada Azərbaycan vətəndaşları var? - RƏSMİ CAVAB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər