Qəzzanın şimalında uşaqların poliomielitə qarşı vaksinasiyası bərpa olunub
Qəzzada fələstinli uşaqların poliomielit xəstəliyinə (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlik-red) peyvənd edilməsi kampaniyası yenidən başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə DPA agentliyi BMT-nin Uşaq Fondunun (UNİCEF) nümayəndəsinə istinadən məlumat yayıb.
Lakin nümayəndə qeyd edib ki, vaksinasiya kampaniyasının keçirilməsi üçün zəruri olan humanitar fasilə yalnız Qəzza şəhərində qüvvədədir. Nəticədə, şəhərdən kənarda olan 15 minə yaxın 10 yaşınadək uşaq peyvənd edilə bilməz, bu da kampaniyanın effektivliyini azaldır.
UNİCEF-in məlumatına görə, ərazidə təxminən 119 min uşaq peyvənd olunmalıdır.
Qəzza zolağında poliomielitə qarşı peyvəndin birinci mərhələsi sentyabrın ilk yarısında, ikinci mərhələsi isə oktyabrda keçirilib. Üçüncü peyvəndlənmə 23 oktyabrda başlamalı idi, lakin gərginlik, bombardman və zəmanətli humanitar fasilələrin olmaması səbəbindən təxirə salınıb.
Avqustun 16-da Fələstin Səhiyyə Nazirliyi Qəzzanın Mərkəzində ilk təsdiqlənmiş poliomielit hadisəsinin qeydə alındığını elan etdikdən sonra anklavda vaksinasiyaya ehtiyac məlum olub. Bu, Deyr əl-Balah şəhərində baş verib. Xəstə 10 aylıq körpədir, o, vaxtilə xəstəliyə qarşı vaksinin heç bir dozasını qəbul etməyib. Azyaşlının diaqnozu Əmmandakı laboratoriya tədqiqatları ilə təsdiqlənib.
Oxşar xəbərlər
Qəzzada 640 min uşaq peyvəd olunacaq
Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb
İsrail Qəzzada döyüşən əsgərlərini poliomielitə qarşı peyvənd etməyə başlayıb
İsrail Qəzza zolağında uşaqları peyvənd etmək üçün humanitar dəhliz yaradacaq
11-40 yaşlı insanlar qızılca əleyhinə neçə peyvənd vurdurmalıdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Suriya müxalifət qüvvələri Homsun şimalında tam nəzarəti ələ keçirib - YENİLƏNİB
-
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
-
ABŞ-nin Kolorado ştatında Azərbaycan icmasının ilk diaspor təşkilatı yaradılıb
-
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək
-
Şövkət Ələkbərovanın ifa etdiyi daha 4 mahnının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
-
Mersisayd derbisi ertələnə bilər